Şəkidə “İpək Yolu” XIV Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Bizim.Media xəbər verir ki, festival çərçivəsində müxtəlif ölkələrdən və Azərbaycanın bölgələrindən musiqi kollektivləri çıxış edəcək.
4-6 iyul tarixlərində təşkil ediləcək festivalın ilk günü Yuxarı Karvansarayda Azərbaycanda yaşayan azsaylı xalqların – talış, avar, ləzgi, molokan və tat icmalarının folklor kollektivləri konsert proqramı ilə çıxış edəcək.
Növbəti gün Şəki Musiqi Kollecində Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş konsert təqdim ediləcək.
6 iyul tarixində isə Yuxarı Karvansarayda Şəki şəhər günü münasibətilə tədbir təşkil olunacaq. Daha sonra Heydər Əliyev Mərkəzində Çin Xalq Respublikasının Şimal-Qərb Pedaqoji Universiteti Musiqi Kollecinin məzunlarının konsert proqramı təqdim olunacaq.
Festivalın bağlanış mərasimi “Marxal” Yay Teatrında baş tutacaq. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin ifasında keçiriləcək konsert Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin 5 illiyinə həsr olunacaq. Konsertin dirijoru Əməkdar artist, polkovnik-leytenant Səməd Vəkilovdur.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
22:55 / 03.07.2025
Şəkidə “İpək Yolu” XIV Beynəlxalq Musiqi Festivalı keçiriləcək
Hazırda oxunan: Şəkidə “İpək Yolu” XIV Beynəlxalq Musiqi Festivalı keçiriləcək
Hazırda oxunan: Şəkidə “İpək Yolu” XIV Beynəlxalq Musiqi Festivalı keçiriləcək
258074
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.