Bakıda minik avtomobili və motosikletin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, hadisə ötən gün Binəqədi rayonu, Səttar Bəhlulzadə və Zaur Nudirəliyev küçələrinin kəsişməsində qeydə alınıb.
Görüntülərdən baş yolla hərəkət edən motosiklet sürücüsünün gəldiyi sürətlə yolayrıcına daxil olduğu və bu zaman ikinci dərəcəli yolla hərəkət edən minik avtomobilinin sürücüsünün yol verməli olduğu halda onu vurduğu məlum olub.
Bildirilib ki, müşahidə kamerasının qeydə aldığı bu yol-nəqliyyat hadisəsi işıqfor olmayan, yəni nizamlanmayan yolayrıcında qanunvericiliyin tələblərinə riayət edilməməsi səbəbindən olub.
“Yol hərəkəti haqqında” Qanunun 77-ci maddəsinin müvafiq bəndini bir daha sürücülərin diqqətinə çatdıraraq bildiririk ki, eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq yol verməlidir.
Yol-nəqliyyat hadisələrinin iştirakçısı olmamaq üçün qaydalara əməl edilməlidir”, - qurumun açıqlamasında qeyd edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:50 / 03.07.2025
Motosikletçiyə yol vermədi, qəzaya səbəb oldu – VİDEO
Hazırda oxunan: Motosikletçiyə yol vermədi, qəzaya səbəb oldu – VİDEO
Hazırda oxunan: Motosikletçiyə yol vermədi, qəzaya səbəb oldu – VİDEO
258030
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.