Faciəvi şəkildə ölən Könül qazinin xanımı imiş... - Foto-Video

Faciəvi şəkildə ölən Könül qazinin xanımı imiş... - Foto-Video

Hazırda oxunan: Faciəvi şəkildə ölən Könül qazinin xanımı imiş... - Foto-Video

257792

Xəbər verdiyimiz kimi, iyunun 29-da saat 21 radələrində 20 yaşlı Könül İbrahimova yaşadığı Binəqədi rayonu Xocəsən qəsəbəsində şəhid ailələri və qazilər üçün inşa edilmiş şəhərcikdəki binanın 8-ci mərtəbəsindən yıxılaraq ölüb.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, gənc qız bir neçə ay əvvəl ailə həyatı quraraq həmin binaya köçübmüş. Belə ki, o, Vətən müharibəsi qazisi olan şəxslə evlənib.
İddialara görə, K.İbrahimovanın əri daha əvvəl başqa qadınla ailəli olsa da, sonradan xanım onu tərk edib.
 

Qazinin Könüllə “ASAN xidmət” mərkəzində nikah mərasimindən çəkilmiş görüntüləri sosial şəbəkələrdə geniş yayılıb.



Bir çox sosial şəbəkə izləyicisi Könülün yeni qurduğu ailədə problemlərin olduğunu, onun zorakılıqla üzləşdiyini iddia ediblər.

Baş vermiş hadisə ilə bağlı hazırda Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, ilkin məlumatda Könül İbrahimovanın ehtiyatsızlıqdan yıxılaraq öldüyü bildirilib.

Hadisənin dəqiq səbəbi aparılan araşdırmanın yekununda müəyyənləşəcək.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO