Rusiya telekanallarının Azərbaycanda yayımı DAYANDIRILACAQ?

Rusiya telekanallarının Azərbaycanda yayımı DAYANDIRILACAQ?

Hazırda oxunan: Rusiya telekanallarının Azərbaycanda yayımı DAYANDIRILACAQ?

257781

Yekaterinburqda azərbaycanlıların başına gətirilən vəhşi olaydan sonra  Rusiyanın əksər telekanalları Azərbaycan dövləti və xalqı əleyhinə qərəzli çirkin kapmaniyanı daha da gücləndiriblər. Şimal qonşumuzun dövlət kanallarında belə Azərbaycana hədə-qorxu gələn verilişlər son günlər geniş vüsət alıb. Hansı ki, bu verilişlərdə Azərbaycan əhalisi yırtıcı, barbar obrazlarında təsvir olunur. Belədə, həmin telekanallar Rusiya ictimaiyyəti arasında azərbaycanlılara qarşı nifrət toxumu səpirlər.

Belə bir vəziyyətdə görəsən, düşmənçilik ab-havası yaratmağa xidmət edən Rusiyanın televiziya kanalları Azərbaycanda bloklana bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov düşünür ki, bu kimi məsələlərdə tələsməməliyik:

“Bu gün əsas müzakirə mövzusu vətəndaşlarımızın pozulmuş hüquqlarının bərpasıdır. Dövlət gərəkən nə addım lazımdırsa, atıb, atır və atacaq”.

Deputatın fikrincə, indiki halda bu cür məsələlərin çözümünü dövlətin öhdəsinə buraxmaq lazımdır:

“Dövlət özü hansı qərarların verilməsi, addımların atılması lazımdırsa, onu da atacaq və bunu açıq-aydın görəcəyik. Düşünürəm ki, bu gün belə radikal addımlara getməkdə tələsməməli, gözləməliyik”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO