Azərbaycanlı ailə Rusiyadan deportasiya edildi - VİDEO

Azərbaycanlı ailə Rusiyadan deportasiya edildi - VİDEO

Hazırda oxunan: Azərbaycanlı ailə Rusiyadan deportasiya edildi - VİDEO

257761

Sankt-Peterburqda yeniyetmələr arasında baş verən davadan sonra 5 nəfərdən ibarət olan azərbaycanlı ailə Rusiyadan deportasiya edilib.

Bizim.Media xəbər verir ki, hadisə bazar ertəsi axşamı “Uliça Dıbenko” metro stansiyasının yaxınlığında baş verib.
 

İnternetdə yaranmış mübahisədən sonra 16 yaşlı yerli yeniyetmə 13 yaşlı azərbaycanlı oğlanla görüşməyə razılaşıb. Lakin azərbaycanlı əraziyə tək gəlməyib və dava zamanı qarşı tərəf xəsarət alaraq xəstəxanaya çatdırılıb.


Polis isə azyaşlılar arasında yaranmış bu münaqişəyə görə azərbaycanlı yeniyetməni və atasını saxlayıb, bir müddət sonra isə bütün ailəni ölkədən çıxarıb.

Mövzu ilə bağlı Daxili İşlər Nazirliyi bildirib ki, Rusiyadan deportasiya edilənlər 13 yaşlı yeniyetmə, valideynləri, qardaşı və bacısıdır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO