Bakıda "Azure” biznes mərkəzində ölüm hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumata görə, 1999-cu il təvəllüdlü E.Məmmədov adlı şəxs özünü 15-ci mərtəbən ataraq intihar edib.
Məlumata görə, o, özünü binadan atmamışdan əvvəl məktub yazıb:
“Hər şey bura qədərmiş. Həyat bəlkə də çox gözəldir, amma mən yaşamağı bacarmadım.
Özünüzə yaxşı baxın. Möhkəm olun, mənə görə pis olmayın. 22 il də bəs edər. Ata, mama, qardaşım, sizi çox istəyirəm”.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
