“Dünən Yeni Yasamalda yanğın oldu. Yanğınsöndürənlər yanğın olan binaya gedə bilmədi”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bügünkü iclasında deputat Fazil Mustafa səsləndirib.
O bildirib ki, bir ölkənin mədəniyyəti təkcə tikilən binaların fasadları ilə bilinmir, həm də orda olan insanların yaşayış səviyyəsindən ölçülür:
“Bunların hamısı nəticədə vətəndaşın fəlakəti ilə nəticələnir. Burada təkcə fərdi cinayətlərdən söhbət getmir. Hamı bu cinayətin iştirakçısına çevrilməkdədir. Necə ola bilər ki, sən binaların o vəziyyətdə tikilməsinə icazə verəsən? Ora nə yanğınsöndürən, nə təcili tibbi yardım maşını girə bilməsin. O binalarda yaşayanların təhlükəsizliyini düşünmürlər”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:40 / 22.06.2021
“Necə ola bilər ki, sən binaların o cür tikilməsinə icazə verəsən?” - Deputatdan SƏRT MESAJ
Hazırda oxunan: “Necə ola bilər ki, sən binaların o cür tikilməsinə icazə verəsən?” - Deputatdan SƏRT MESAJ
Hazırda oxunan: “Necə ola bilər ki, sən binaların o cür tikilməsinə icazə verəsən?” - Deputatdan SƏRT MESAJ
25750
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.