Son dövrün məlumatlarına əsasən, bədən kütlə indeksi (BKİ) insan ömrünün uzunluğunu proqnozlaşdırmaqda mühüm rol oynayır.
Bizim.Media xəbər verir ki, rusiyalı mütəxəssis Olqa Romaşina "Veçernyaya Moskva" nəşrinə verdiyi müsahibədə bildirib ki, uzunömürlülük üçün optimal BKİ 18,5 ilə 24,9 aralığında hesab olunur.
Qeyd olunur ki, uzunömürlü insanlar arasında bu göstərici çox zaman normanın yuxarı həddinə yaxın olur.
"Bu, onu göstərir ki, az miqdarda artıq çəki sağlamlıq üçün faydalı ola bilər," – deyə Romaşina bildirib.
BKİ-ni hesablamaq üçün sadə bir formula var:
Çəki (kq) ÷ boyun kvadratı (metrlə)
Məsələn: 70 kq çəkisi və 1,75 m boyu olan insan üçün:
70 ÷ (1,75 × 1,75) = 22,86
Lakin mütəxəssis xəbərdarlıq edir ki, BKİ hər zaman sağlamlığın dəqiq göstəricisi deyil.
Məsələn, əzələli bədən quruluşuna malik idmançılarda bu indeks normadan yüksək ola bilər. Sağlamlığı qiymətləndirərkən fərdi xüsusiyyətlər, fiziki aktivlik və zərərli vərdişlərin olub-olmaması da nəzərə alınmalıdır. (baku.ws)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:47 / 27.06.2025
Uzunömürlü olmaq üçün ideal çəki açıqlanıb
Hazırda oxunan: Uzunömürlü olmaq üçün ideal çəki açıqlanıb
Hazırda oxunan: Uzunömürlü olmaq üçün ideal çəki açıqlanıb
256843
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.