Göyçayda “VAZ-2107” motosiklet sürücüsünü vuraraq öldürdü – FOTO/VİDEO

Göyçayda “VAZ-2107” motosiklet sürücüsünü vuraraq öldürdü – FOTO/VİDEO

Hazırda oxunan: Göyçayda “VAZ-2107” motosiklet sürücüsünü vuraraq öldürdü – FOTO/VİDEO

256763

Göyçayda ağır qəza baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Qəza zamanı “VAZ-2107” markalı avtomaşınla motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü 1997-ci il təvəllüdülü Kamil Abdullayev ağır bədən xəsarəti alıb.

Yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Göyçay rayon mərkəzi xəstəxanasına aparılıb.

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

O, xəstəxanada dünyasını dəyişib.

Qəza ilə bağlı Bizim.Media-nın Aran bürosuna DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, istintaq aparılır.











Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO