Naxçıvanda 12 adda 305 ədəd saxta alkoqollu içki satışdan ÇIXARILDI - FOTO

Naxçıvanda 12 adda 305 ədəd saxta alkoqollu içki satışdan ÇIXARILDI - FOTO

Hazırda oxunan: Naxçıvanda 12 adda 305 ədəd saxta alkoqollu içki satışdan ÇIXARILDI - FOTO

256684

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan dövlət nəzarət tədbirləri zamanı bir sıra topdan və pərakəndə satış obyektlərində qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə cavab verməyən saxta alkoqollu içkilər aşkarlanıb.

Agentlikdən Bizim.Media-ya bildirilib ki, satışı həyata keçirilən bir neçə adda alkoqollu içkilərin qida təhlükəsizliyi reyestrindən çıxarışı olmayan müəssisələr tərəfindən istehsal olunduğu, alkoqollu içkilərin üzərində göstərilən istehsalçıların mövcud olmadığı, mənşəyi, istehsalçının adı, ünvanı barədə dolğun məlumatların göstərilmədiyi müəyyən edilib.
 

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, saxta məhsulların satışının qarşısı alınıb və ümumi həcmi 168 litr olan 12 adda müxtəlif həcmli 305 ədəd alkoqollu içkinin dövriyyədən çıxarılaraq məhv edilməsi barədə qərar olunub.


Qərarın icrası təmin edilib.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO