FHN-in Akademiyasında Silahlı Qüvvələr Günü qeyd olundu - FOTO

FHN-in Akademiyasında Silahlı Qüvvələr Günü qeyd olundu - FOTO

Hazırda oxunan: FHN-in Akademiyasında Silahlı Qüvvələr Günü qeyd olundu - FOTO

256680

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən Bizim.Media-ya verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 

Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə iyunun 26-nın Silahlı Qüvvələr Günü elan edildiyini xatırladaraq, müasir və güclü ordunun məhz Ulu Öndərin dövlətçilik strategiyasının nəticəsi olduğunu vurğulayıblar.


Qeyd edilib ki, Ümummilli Liderin siyasi kursu Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar və ordu quruculuğu sahəsində atılan addımlar nəticəsində ölkəmizdə regionun ən güclü, peşəkar və yüksək döyüş qabiliyyətinə malik ordu formalaşıb.

Tədbirin bədii hissəsində kursantlar tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

Sonda Silahlı Qüvvələr Gününə həsr edilmiş videoçarx nümayiş olunub.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO