Azər Qasımlının vəsatəti TƏMİN EDİLMƏDİ

Azər Qasımlının vəsatəti TƏMİN EDİLMƏDİ

Hazırda oxunan: Azər Qasımlının vəsatəti TƏMİN EDİLMƏDİ

256632

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə vəkillər Azər Qasımlının ev dustaqlığına buraxılmasını istəyib.

Vəsatət təmin edilməyib. Hazırlıq iclası iyulun 2-nə təyin edilib. Qeyd edək ki, A.Qasımlı ötən il dekabrın 8-də saxlanılıb.

O, Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə-zor tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinib və barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO