İyunun 20-də saat 9 radələrində “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialında frez operatoru vəzifəsində işləyən Aqil Məmmədovun xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Şəmkir rayon prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, Aqil Məmmədov Bakı-Qazax avtomagistral yolunun Şəmkir rayonun Çinarlı qəsəbəsi ərazisindən keçən hissəsində köhnə asfalt örtüyünün qaşıması işlərini apararkən ehtiyatsızlıqdan bədən xəsarəti alıb.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:55 / 21.06.2021
Şəmkirdə işçi yol təmiri zamanı xəsarət aldı
Hazırda oxunan: Şəmkirdə işçi yol təmiri zamanı xəsarət aldı
Hazırda oxunan: Şəmkirdə işçi yol təmiri zamanı xəsarət aldı
25649
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.