“İsrail və İran arasında atəşkəs elan edilməsini alqışlayırıq. Bu inkişaf regionda gərginliyin azaldılması və sabitliyin bərpası istiqamətində mühüm addımdır”.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin İsrail və İran arasında atəşkəslə bağlı bəyanatında deyilir.
“Atəşkəsin əldə olunmasında vasitəçilik edən bütün tərəflərin səylərini yüksək qiymətləndirir və daha çox insan itkisinin və iztirabların qarşısını almaq üçün ona tam şəkildə əməl edilməsinə çağırırıq.
Biz regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırıq”, - deyə bəyanatda qeyd olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:58 / 24.06.2025
Rəsmi Bakıdan İsrail və İran arasında atəşkəsə REAKSİYA
Hazırda oxunan: Rəsmi Bakıdan İsrail və İran arasında atəşkəsə REAKSİYA
Hazırda oxunan: Rəsmi Bakıdan İsrail və İran arasında atəşkəsə REAKSİYA
256440
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.