Məktəb psixoloqu işləmək istəyənlərin NƏZƏRİNƏ

Məktəb psixoloqu işləmək istəyənlərin NƏZƏRİNƏ

Hazırda oxunan: Məktəb psixoloqu işləmək istəyənlərin NƏZƏRİNƏ

256313

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri ilə bağlı Apellyasiya komissiyası fəaliyyətə başlayır.

Bu barədə Bizim.Media-ya Təhsil İdarəsindən məlumat verilib. Müsahibədə uğur qazanmayan namizədlərə 24-25 iyunda saat 14:30-dan 17:00-dək BŞTİ-yə yaxınlaşaraq psixoloqların işə qəbul müsabiqəsinin Apellyasiya komissiyasına müraciət etmək imkanı yaradılıb.

Müraciət edənlərin şəxsiyyətini (şəxsiyyət vəsiqəsi), təhsilini və iş fəaliyyətini (olduğu təqdirdə) təsdiqləyən sənədlərini özləri ilə gətirməsi vacibdir.

Ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsində iştirak etmiş şəxslərin nəticələri barədə məlumat SMS vasitəsilə onların əlaqə nömrələrinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO