Bu suların əks təsirini bilsəniz, bir daha içməyəcəksiniz

Bu suların əks təsirini bilsəniz, bir daha içməyəcəksiniz

Hazırda oxunan: Bu suların əks təsirini bilsəniz, bir daha içməyəcəksiniz

256220

Yay istilərində soyuq və şəkərli içkilərə maraq artsa da, mütəxəssislər bu içkilərin əks təsirlərinə diqqət çəkir.

Bizim.Media Publika.az-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) xəbərdarlıq edib.

Bildirilib ki, tərkibində yüksək şəkər olan içkilər bədəni sərinlətmək əvəzinə, susuz qoyaraq sağlamlıq üçün risk yarada bilər.
 

Meyvə şirələri və qazlı içkilər bədəndə sidikqovucu təsir göstərərək maye itkisinin artmasına səbəb olur. Bu da isti havada susuz qalma riskini daha da artırır.


Şəkərli içkilərin həddindən artıq qəbulu diabet, ürək və böyrək xəstəliklərini şiddətləndirə bilər. Xüsusilə sağlamlıq problemi olan şəxslər yay aylarında içki seçiminə diqqətlə yanaşmalıdır. Mütəxəssislər sərinləmək üçün soyuq su, durulaşdırılmış təbii meyvə şirəsi və yağsız süd kimi içkiləri tövsiyə edir. Gün ərzində nizamlı su qəbulu da vacibdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO