İrandan Azərbaycana xarici vətəndaşların təxliyəsi davam edir – FOTO

İrandan Azərbaycana xarici vətəndaşların təxliyəsi davam edir – FOTO

Hazırda oxunan: İrandan Azərbaycana xarici vətəndaşların təxliyəsi davam edir – FOTO

256120

Gecə saatlarında İrandan Azərbaycana növbəti təxliyə həyata keçirilib. 

Bizim.Media xəbər verir ki, “Astara” Dövlət Sərhədinin Buraxılış Məntəqəsindən 10-dan çox ABŞ və İran vətəndaşı ölkəyə daxil olub.

Təxliyə olunan şəxslərin rahat şəkildə sərhədi keçməsi üçün zəruri şərait təmin edilib. Amerika vətəndaşlarından biri – Aborzi Aboring jurnalistlərə açıqlamasında bildirib:

"Keçid zamanı heç bir problem yaşanmadı. Azərbaycan tərəfinə göstərilən dəstəyə görə minnətdarlığımı bildirirəm."

Məlumat üçün qeyd edək ki, bəzi xarici dövlətlər Azərbaycan hökumətinə müraciət edərək, İranda qalan vətəndaşlarının tranzit qaydada öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər. Azərbaycanın bu istiqamətdə dəstəyi davam etdirilir.


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO