“Müharibə vaxtı sən harda idin?” - Turan İbrahimov Fulya qalmaqalından DANIŞDI

“Müharibə vaxtı sən harda idin?” - Turan İbrahimov Fulya qalmaqalından DANIŞDI

Hazırda oxunan: “Müharibə vaxtı sən harda idin?” - Turan İbrahimov Fulya qalmaqalından DANIŞDI

25603

 “Əvvala onu deyim ki, düz dörd il bundan öncə, məhz ölkədə medianın durumunu, bir neçə konkret məmurun zəlil, şikəst etdiyi jurnalistikamızın durumunu efirdən açıq-aşkar tənqid edib, səbəbkarların adını çəkdiyim üçün uzaqlaşmaq məcburiyyətində qaldım. Arzum ölkədə normal informasiya siyasətinin qurulmasında rol oynamaq idi. Düzdü kənarda qaldım, amma arzularımız reallaşdı. Jurnalistikamızı zəlil, şikəst, dişsiz, ələbaxımlı edənlər işdən çıxarıldı, cəzalandırıldı. Arzu və xəyal etdiyim tip şəxslər, vicdanlı peşəkarlar hazırda bərbad durumu düzəltmək üçün çalışırlar”.

Bizim.Media xəbərr verir ki, bunu teleaparıcı Turan İbrahimov “Fulya” filminin çəkilişləri ilə bağlı dediyi fikirlərdən sonra onu tənqid edənlərə cavab olaraq bildirib.

T. İbrahimov 44 günlük müharibə dönəmində də sadalanılan səbəblərdən efirdən kənarda qaldığını bildirib:

“Ona görə də “müharibə vaxtı sən harda idin?” deyənlərə deyirəm ki, məhz yuxarıda sadaladığım səbəblərdən efirdən kənarda idim. Efirə isə ancaq bu ilin yanvarında qayıtmaq imkanım oldu. Müharibə vaxtı jurnalist kimi heç bir rolumun olmadığını, məcburən kənarda qaldığımı, dediklərimin bu səbəbdən də subyektiv qısqanclıq kimi qəbul edilməyəcəyinə inandığım üçün də, məlum fikirlərimi yazdım. Nəzərə almadım ki, insanlar unutqandır, küyə gedəndir. Həmçinin, hələ də köhnə dövrün çirkli qafasında olan məmurlar və əlaltıları jurnalistlər var. Onlar məsələni şəxsi fikirə hörmət müstəvisindən çıxarıb başqa istiqamətlərə çəkməyə çalışacaqlar.

Mən, müharibə müxbiri olmayan, 44 gün ərzində heç bir TV kanalında işləməyən bir media üzvü kimi fəaliyyəti kiçildilən, görməzdən gəlinən, nəticədə yox sayılan zəhmətkeş jurnalistlərin səsi olmaq istədim. İstədiyimə də nail oldum.

Amma o jurnalistlərin haqqının üstündə abad olan bəzi media kapitanları və ortaqları narahat oldular, yenə də təbiətlərini biruzə verdilər.

Qısası, paxıllıq üçün motivlərim, digər oyunbazlıqlar üçünsə fırıldaqçılıqlarım yoxdu. Əks halda həmişə efirlərdə olardım, medianı zəlil edən məmurları zamanında tərifləyib, işdən çıxan kimi də söyüb, bir çoxları kimi ortada yeyib, qıraqda gəzərdim.

Artıq hər şeyə olduğu kimi baxmağı çoxdan öyrənməli idik, sürü psixalogiyasından qurtulmalı və əsasən də küyə getməyi tərgitməli idik. Yenə də gec deyil…”

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO