Vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilərək həbs olunan, Bakı Ağır Cinayətlər Məhkəməsində böyük mütəxəssis vəzifəsində işləmiş Camal Cavadzadənin barəsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən başlanan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, məhkəmə iclasında təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin qərarı ilə Camal Cavadzadə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Xatırladaq ki, Camal Cavadzadə 2024-cü ilin dekabr ayında saxlanılıb. O, Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
23:32 / 21.06.2025
Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq əməkdaşına HÖKM OXUNDU
Hazırda oxunan: Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq əməkdaşına HÖKM OXUNDU
Hazırda oxunan: Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq əməkdaşına HÖKM OXUNDU
255995
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.