Keçmiş məhkum bu dəfə rabitə xətlərini oğurladığı üçün tutuldu

Keçmiş məhkum bu dəfə rabitə xətlərini oğurladığı üçün tutuldu

Hazırda oxunan: Keçmiş məhkum bu dəfə rabitə xətlərini oğurladığı üçün tutuldu

25571

Lənkəranda rabitə xətlərini oğurlayan keçmiş məhkum saxlanılıb.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş N.Məmmədov saxlanılıb.

Keçirilən baxış zamanı onun üzərindən 1 bükümdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə N.Məmmədovun ayrı-ayrı vaxtlarda Lənkəran şəhəri ərazisindəki rabitə qovşaqlarından birindən ümumi dəyəri 1200 manat olan mis kabelləri qıraraq oğurladığı müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO