“Şəhid adı çox mürəkkəb və məsuliyyətlidir, şəhidin köhnəsi-təzəsi olmur”
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Afaq Bəşirqızı 20 Yanvar hadisəsinin 29-cu ildönümü ilə bağlı danışarkən deyib. Xalq artisti bildirib ki, şəhidlərimizin vətən və torpaq üçün canlarından keçdiyini hər birimiz dərk etməliyik:
“20 Yanvar Azərbaycan tarixinə yazılan qanlı bir gündür. Çox istəyərdim ki, şəhid adını çəkən adamlar bunun məsuliyyətini dərk etsinlər. Son zamanlar şəhidlərin adları lazımsız adamların əlində oyuncaq olub. Amma hər birimiz başa düşməliyik ki, onlar vətən və torpaq üçün canlarından keçiblər. 1988-ci ildən bu günə kimi biz şəhid veririk, yəni ilk dəfə Ağdamda olan iki şəhidimiz və indiyə kimi şəhid olanlarımız. Ona görə də şəhid adı çox mürəkkəb və məsuliyətlidir, şəhidin köhnəsi-təzəsi olmur. Şəhid həmişə közərən, açıq bir yaradır, yəni o qaysaq bağlamır. Ona görə də hər birimiz bir vətəndaş, insan kimi dərk etməliyik ki, onlar nəyə və kimə görə şəhid olublar. Bu məqsədi isə həmişə özümüz üçün ali və müəqəddəs saymalıyıq”.
Vasif Əlihüseyn

































































































