Qızını öldürən ata: "İkinci telefon işlətdiyini məndən gizlədirdi"

Qızını öldürən ata: "İkinci telefon işlətdiyini məndən gizlədirdi"

Hazırda oxunan: Qızını öldürən ata: "İkinci telefon işlətdiyini məndən gizlədirdi"

255332

Bakıda qızını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Yelmar Atakişiyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda ona 16 il azadlıqdan məhrumetmə cəzası verilib.

Qeyd edək ki, hadisə 2024-cü il noyabrın 10-da Zabrat qəsəbəsində baş verib. 42 yaşlı Cəmalə Atakişiyeva yaşadığı evdə atasının zorakılığı nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib. Atası əvvəllər məhkum olmuş Yelmar Atakişiyev şübhəli qismində saxlanılıb və ifadəsində qızına xəbərdarlıq etdiyini, mübahisə zamanı isə onu döydüyünü etiraf edib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO