"Kürd" ləqəbli tiktoker ev dustaqlığına buraxıldı

"Kürd" ləqəbli tiktoker ev dustaqlığına buraxıldı

Hazırda oxunan: "Kürd" ləqəbli tiktoker ev dustaqlığına buraxıldı

255170

Həbsdə olan daha bir tiktoker ev dustaqlığına buraxılıb.

Bizim.Media xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində "TikTok" sosial şəbəkəsində "Kürd" ləqəbi ilə tanınan Ceyhun Şakir oğlu Nəbiyevin ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatətə baxılıb.

Məhkəmə vəsatəti təmin edib və C.Nəbiyev istintaq dövründə ev dustaqlığına buraxılıb.

Xatırladaq ki, C.Nəbiyev ötən ilin dekabrında saxlanılıb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilib və barəsində cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə tiktoker həbs edilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO