“Ölkədə 65 minə yaxın müəllim artıq sertifikasiya prosesinə cəlb olunub. 17 mindən artıq müəllim əməkhaqqını 35 faiz artımla alır”.
Bizim.Media xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli media nümayəndələri üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, 38 mindən artıq müəllimin isə əməkhaqqına 10 faiz artım əlavə olunub:
"Sertifikasiyaya qədər Azərbaycan dilini tədris edən müəllimlərin ortalama əməkhaqqı 840 manat idisə, indi onların əməkhaqlarında nəticələrə görə artımlar əlavələr edilib. 50 baldan çox bal toplayanların ortalama maaşı 1355 manat, 30-dan yüksək bal toplayanların isə ortalama maaşı 1071 manatdır".
Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:49 / 17.06.2025
Nurlan İsmayılbəyli: “38 min müəllimin əməkhaqqına 10 faiz artım əlavə edilib”
Hazırda oxunan: Nurlan İsmayılbəyli: “38 min müəllimin əməkhaqqına 10 faiz artım əlavə edilib”
Hazırda oxunan: Nurlan İsmayılbəyli: “38 min müəllimin əməkhaqqına 10 faiz artım əlavə edilib”
255159
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.