10 Tacikistan vətəndaşı İrandan Azərbaycana təxliyə edildi

10 Tacikistan vətəndaşı İrandan Azərbaycana təxliyə edildi

Hazırda oxunan: 10 Tacikistan vətəndaşı İrandan Azərbaycana təxliyə edildi

254983

Astara sərhəd-keçid məntəqəsində növbəti təxliyə əməliyyatı həyata keçirilib. 

Bizim.Media xəbər verir ki, bu gün günorta saatlarında Tacikistan vətəndaşlarından ibarət 10 nəfərlik bir qrup İran ərazisini tərk edərək Azərbaycan üzərindən ölkələrinə yola salınıb.

Bildirilib ki, bir neçə xarici ölkə rəsmi şəkildə Azərbaycan tərəfinə müraciət edərək, İranda qalan vətəndaşlarının təhlükəsiz təxliyəsində yardım istəyib.

Azərbaycan dövləti isə humanitar dəyərlərə əsaslanaraq, bu şəxslərin ölkə ərazisindən təhlükəsiz və maneəsiz keçidi üçün lazımi şəraiti təmin edib.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO