Polis Lənkəranda əməliyyat KEÇİRDİ – 3 nəfər TUTULDU - FOTO

Polis Lənkəranda əməliyyat KEÇİRDİ – 3 nəfər TUTULDU - FOTO

Hazırda oxunan: Polis Lənkəranda əməliyyat KEÇİRDİ – 3 nəfər TUTULDU - FOTO

254973

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbirlər zamanı Şamaxı sakini 65 yaşlı Əzizağa Səlimli, əvvəllər məhkum olunmuş Cəlilabad sakinləri - 42 yaşlı Rəcəb Mahmudov və 44 yaşlı Anar İsmayılov saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, həmin şəxslərdən 18 kiloqram tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
 

İlkin araşdırma zamanı onların şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqları və narkotik vasitələri maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqları müəyyən edilib.


Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO