Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kürdəmir şəhəri, Soltan Şıxaliyev küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qarşısı alınaraq qısa müddətdə söndürülüb. Yanğın nəticəsində “VAZ 2104” markalı minik avtomobilinin salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:28 / 15.06.2025
Kürdəmirdə avtomobil yandı - VİDEO
Hazırda oxunan: Kürdəmirdə avtomobil yandı - VİDEO
Hazırda oxunan: Kürdəmirdə avtomobil yandı - VİDEO
254814
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.