“Azərbaycanda hər il dağılan 12 min ailəxa0 gələcək faciədən xəbər verir...”

“Azərbaycanda hər il dağılan 12 min ailəxa0 gələcək faciədən xəbər verir...”

Hazırda oxunan: “Azərbaycanda hər il dağılan 12 min ailəxa0 gələcək faciədən xəbər verir...”

254681

xa0

Cənnətdə bu gün etdiyimiz bir çox ibadətlər aradan qaldırılacaq. Amma evlilik elə bir mövzudur ki, hətta cənnətdə belə, bu mövzu aktual olaraq qalacaq. Buradan belə bir nəticə də çıxartmaq olar ki, kişinin və qadının bir-birinə olan ehtiyacı əbədi olaraq əvəz oluna biləcək bir məsələ deyil. Bu, elə bir qütblərdir ki, daima bir-birinə qarşı cazibəsi var. Necə ki, Həzrət Adəm (ə) yarandıqdan həmən sonra Həvva xanım xəlq edildi və onlar bir-birini tamamladı.

xa0

Ailə modeli bütün cəmiyyətlərin əsas sütunlarından biridir və sağlam ailələrin üstünlıük etdiyi cəmiyyətlərdə əxlaqi prinsiplərin qorunması da tam olaraq müsbət istiqamətdə fərqli olur.

xa0

Məhz elə bu səbəbdən bir sıra destruktiv mərkəzlər ailə institutlarının təməlini aradan aparmaqla, fərqli absurd alternativlər təqdim etməklə cəmiyyətləri mənəvi olaraq çökdürmək istəyirlər. Ölkədə məhşur kino mütəxəssislərindən olan Ayaz Salayev bu mövzu ilə bağlı demişdi: “Dünya üzrə çəkilən kinolar əsasən kino festivallarında müəyyən yerlərin qazanılması üçün çəkilir. O mərkəzlərdə isə lobbiçilik edilən mövzular var. Bu mövzular arasında ailə dəyərlərinin təbliği istiqamətində lobbiçilik edilmir”.

xa0

Azərbaycanda hər il dağılan 12 min ailə əslində ölkənin yaxın gələcək üçün gözlənilən faciəsindən xəbər verir. Nikahdan kənar doğulan və ya bir valideyn tərəfindən tərbiyə edilən uşaqlar bü gün Avropa və Amerika üçün ən böyük baş ağrısına çevrilib. Ata və ya ana qayğısından məhrum qalan uşaqlar, böyüdükdə natamamlıq komleksi yaşayır. Onlar tam qayğı ilə əhatə olunmuş uşaqlara həsəd hissi ilə baxır və bu, bir gün qarşısı alınmayacaq nifrətə çevrilir.

xa0

Azərbaycanda qeyd edilən statistika bizim üçün də belə bir xa0gələcəyin gözlənildiyini deməyə əsas verir.

xa0

Bu, tək yazılı qanunlarla öz həllini tapan mövzu deyil. Burada mütləq şəkildə insanların inancını da nəzər almaq və bu istiqamətdə təbliğatların da aparılmasına şərait yaradılmalıdır. Məsələn, ölkədə namaz qılmayan və bəzi pis vərdişləri olan şəxslərin müəyyən bir qismi Məhərrəm və Ramazan aylarında o vərdişlərindən imtina edirlər. İlahi hökmlər insanın mənəvi kimlyini oyadır və onu məsuliyyətli olmağa dəvət edir. Bəzən bir hədisin insanın həyatında qoyduğu təsir, qalaq-qalaq yazılmış qanunlardan daha effektli olur.

xa0

Allahın Rəsulu (s) buyurur:xa0“Allah üçün İslamda nikahla abad olmuş evdən sevimli, təlaqla (boşanma ilə) viran olmuş evdən pis və qəzəbli bir şey yoxdur”.

xa0

xa0Mətləb Həmzəli, “Dəyərlər”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO