Rəhmətə gedənlər üçünxa0 xa0“Fatihə” surəsinin oxunmasının sirri...

Rəhmətə gedənlər üçünxa0 xa0“Fatihə” surəsinin oxunmasının sirri...

Hazırda oxunan: Rəhmətə gedənlər üçünxa0 xa0“Fatihə” surəsinin oxunmasının sirri...

254342

O zamankı Roma imperatoru, Bəni Abbas xəlifəsinə yazdığı məktubda bildirir: “Biz İncil kitabında görmüşük ki, hər kim həqiqət üzündən bu 7 hərfi olmayan surəni oxuyarsa, Allah onun cəsədini atəşə haram edər. O yeddi hərf bunlardan ibarətdir: s,c, x, z, ş, z, f(söhbət sırf ərəb səslərindən gedir:xa0ث xa0Sə, xa0خ xa0Xa, xa0ج xa0Cim, xa0زxa0xa0Zə, xa0ش xa0Şin, xa0ظ xa0Za, xa0ف xa0Fə. )

Biz hər nə qədər tədqiq etdiksə, İncil və Tövratda belə bir surə tapmadıq. Sizin səma kitabınızda belə bir surə vardırmı?”.

xa0

Abbasi xəlifəsi alimləri toplayır və bu məsələni onlarla müzakirə edir. Onlar bu suala cavab verməkdən aciz qalırlar. Nəhayət bu sualı Həzrət İmam Hadidən (ə) soruşurlar.

xa0

Həzrət İmam Əliyyən-Nəqi (ə) cavabında buyurur: “O, surə - “Həmd” surəsidir. Bu yeddi hərf orada yoxdur”.

xa0

Soruşurlar: “Bəs bu yeddi hərfin o surədə olmamasının fəlsəfəsi nədir?”.

xa0

Həzrət (ə) buyurur:

xa0

“1.xa0S hərfixa0– səbura (həlak olmaq) işarə edir.

2.xa0C hərfixa0– cəhimə (cəhənnəmin dərəcələrindən birinin adıdır) işarə edir.

3.xa0X hərfixa0– xəbis (napak) sözünə işarə edir.

4.xa0Z hərfixa0– zəqquma (cəhənnəmin xüsusi yeməyi) işarə edir.

5.xa0Ş hərfixa0– şəqavət (bədbəxtlik) sözünə işarə edir.

6.xa0Z hərfixa0– zülmət sözünə işarə edir.

7.xa0F hərfixa0– afət (bəla) sözünə işarə edir”.

xa0

Xəlifə də bu cavabı Roma imperatoru üçün yazır. Roma imperatoru bu məktubdan çox xoşhal olur. İslam dinini qəbul edir və dünyadan müsəlman halda gedir. (Beytutə)

xa0

/Deyerler.org/

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO