Qobuda iki avtomobil toqquşdu - Biri hasarı dəldi – VİDEO

Qobuda iki avtomobil toqquşdu - Biri hasarı dəldi – VİDEO

Hazırda oxunan: Qobuda iki avtomobil toqquşdu - Biri hasarı dəldi – VİDEO

254336

Abşeron rayonu, Qobu qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisənin görüntüləri sosial mediada paylaşılıb.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin polis zabiti Sadıx Axundov “oxu.az”a verdiyi məlumatda bildirib ki, hadisə zamanı xəsarət alan olmayıb:
 

"İyunun 11-i saat 17:30-da Qobu qəsəbəsində VAZ-21214 markalı 01-CC-018 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Mirzəmehti Səxavət oğlu Aslanov dönmə əməliyyatı apararkən Vüsal Soltan oğlu Səmədzadənin idarə etdiyi "Mercedes-Benz E300" markalı 77-BA-776 dövlət nömrə nişanlı avtomobilin qarşısına çıxaraq ona dəyib.


Dəymiş zərbədən "Mercedes-Benz E300" yolun kənarında olan daş hasara çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO