Astara rayonunda azyaşlının həyatını təhlükəyə atan bədbəxt hadisə baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Lələkapeşdə kəndində yaşayan 2023-cü il təvəllüdlü T.Ə. evin ətrafında nəzarətsiz qaldığı vaxt su hovuzuna düşüb.
Bir müddət sonra axtarılan uşaq huşsuz halda suda tapılıb və dərhal təcili tibbi yardım vasitəsilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Həkimlərin verdiyi ilkin məlumata əsasən, uşağın vəziyyəti kritik olaraq qiymətləndirilir və hazırda o, reanimasiya şöbəsindədir.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu.