Azərbaycanlı bu ölkədə polis rəisi təyin olundu

Azərbaycanlı bu ölkədə polis rəisi təyin olundu

Hazırda oxunan: Azərbaycanlı bu ölkədə polis rəisi təyin olundu

254178

Azərbaycanda doğulan şəxs Rusiya Daxili İşlər Nazirliyinin Xabarovsk diyarında nəqliyyat üzrə yeni rəis təyin olunub.

Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, bu vəzifəyə polis mayoru Emil Azadoviç Həsənov təyin edilib.

Emil Həsənov 1989-cu ildə Bakı şəhərində anadan olub. 2011-ci ildə Rusiya Daxili İşlər Nazirliyinin Moskva Universitetini hüquqşünas ixtisası üzrə bitirib. O, 2013-cü ildə Daxili İşlər Nazirliyində işə başlayıb, DİN-in Uzaq Şərq Federal Dairəsi üzrə yanğın təhlükəsizliyi müfəttişi vəzifəsində çalışıb.

2015-ci ildən Rusiya Daxili İşlər Nazirliyinin nəqliyyat üzrə Vanino Xətt Şöbəsində xidmət edir və cinayət axtarış idarəsinin əməliyyatçısı vəzifəsindən polis rəisinin müavini vəzifəsinə (ictimai asayişin mühafizəsi üzrə) qədər yüksəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO