Boşanma zamanı qadına bu halda evdən pay düşür - Hüquqşünas AÇIQLADI

Boşanma zamanı qadına bu halda evdən pay düşür - Hüquqşünas AÇIQLADI

Hazırda oxunan: Boşanma zamanı qadına bu halda evdən pay düşür - Hüquqşünas AÇIQLADI

254092

Boşanan ailələrin sayının gündən-günə artması dövrümüzün qlobal probleminə çevrilib. Bu zaman qadınları maraqlandıran məsələlərdən biri övladları olmadığı təqdirdə yoldaşı ilə birgə yaşadıqları evdən pay almaq məsələsidir.

 

Bəs övlad olmadığı halda qadın əriylə birgə yaşadığı evdən pay götürə bilərmi?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə, tərəflərin nikah dövründə aldıqları əmlak bərbərhüquqlu olaraq bölünür.

 

 

"Öncə əmlak üzərində paylar müəyyən olunur. Bu, müəyyən olunduqdan sonra bölgü aparmaqla tərəflər öz çıxarışlarını rəsmiləşdirirlər”.

 

Hüquqşünas qeyd edib ki, əgər tərəflər ailə qurmazdan öncə hər hansısa bir əmlakın sahibi olarsa, bu zaman bölünmə proseduru həyata keçirilmir.

 

“Çünki Ailə Məcəlləsinə görə, yalnız birgə nikah dövründə alınan əmlak bölünməlidir”.

 

Ülkər Abdurahmanlı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO