Naxçıvanda Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi keçiriləcək – VİDEO

Naxçıvanda Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi keçiriləcək – VİDEO

Hazırda oxunan: Naxçıvanda Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi keçiriləcək – VİDEO

253930

Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Naxçıvanda "Sarsılmaz Qardaşlıq-2025" kompüter dəstəkli komanda-qərargah və "Mustafa Kamal Atatürk-2025" döyüş atışlı birgə taktiki təlimlərinə hazırlıq məqsədilə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Qərargahından hərəkətə başlayan bayraq taqımı Sədərək sərhəd keçid məntəqəsinə - Araz çayı üzərindəki "Ümid" körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda, Türkiyənin bayraq taqımı da Ağrı vilayətinin Doğubəyazit rayonundan mərasimin keçiriləcəyi ünvana doğru yürüş edib.

"Ümid" körpüsündə Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Respublikasının İstiqlal Marşı ifa edildikdən sonra bayraqların dəyişmə mərasimi olub.

Sonra təlimə cəlb edilən bölmələr və hərbi texnika sərhəd-keçid məntəqəsindən Naxçıvana yola düşüblər.

Təlimin planına əsasən, tank, mexanikləşdirilmiş və komando bölmələri artilleriya, hava hücumundan müdafiə və aviasiya bölmələrinin dəstəyi ilə müxtəlif təlim-döyüş tapşırıqları yerinə yetirəcəklər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO