Türkiyəli astroloq Hande Kazanova 9-15 iyun tarixləri üçün həftəlik bürc proqnozlarını izləyiciləri ilə bölüşüb.
Bizim.Media xəbər verir ki, astroloq xüsusilə Qoç bürclərinə müjdəli xəbərlər vəd edir.
Onun sözlərinə görə, bu həftə ərzində qarşınıza gözləmədiyiniz yerlərdən fürsətlər çıxa bilər:
“Merkurinin bazar ertəsi Xərçəng bürcünə keçməsi ilə özünüzü evinizə həsr edəcəyiniz və bu sahələrdə ünsiyyət bacarıqlarınızı sürətləndirəcəyiniz dövr olacaq. Çərşənbə axşamı günündən sonra eviniz və ailəniz sizin üçün əhəmiyyətli olan ən böyük fürsətləri yaşayacaqsınız. Bu müddət ərzində əmlakınızı alıb-satmaq istəsəniz, bu fürsətlər sizə gələcək. Yupiter yaxınlarınızla aranızdakı problemlərin həlli baxımından sizə lazım olan dəstəyi verəcək”.
Kazanova qeyd edib ki, bu dövrdə sayahət planları da mümkündür:
“Oxatan bürcündə tam ay səyahətlərinizi sürətləndirə bilər. Ticarət fəaliyyətləri və qanunla bağlı atılacaq addımlar gündəmdə ola bilər. Evlisinizsə, həyat yoldaşınızın yaxınlarından da əhəmiyyətli xəbərlər ala bilərsiniz. Pulla bağlı məsələlərdə də diqqətli olun, çünki bu həftənin sonuna doğru maliyyə təşəbbüslərinizdə dəstək görməyəcəksiniz. Bu həftədən sonrakı dövr sizin üçün daha çox imkanlara malik olacaq”. (Publika.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:30 / 09.06.2025
Bu bürclərə müjdə: Xoş xəbərlər eşidəcəksiniz
Hazırda oxunan: Bu bürclərə müjdə: Xoş xəbərlər eşidəcəksiniz
Hazırda oxunan: Bu bürclərə müjdə: Xoş xəbərlər eşidəcəksiniz
253811
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.