Ağstafada ailə DRAMI: Atası ilə mübahisə edən qardaşını BIÇAQLADI

Ağstafada ailə DRAMI: Atası ilə mübahisə edən qardaşını BIÇAQLADI

Hazırda oxunan: Ağstafada ailə DRAMI: Atası ilə mübahisə edən qardaşını BIÇAQLADI

253735

Ağstafada ailə münaqişəsi qanla bitib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndində baş verib.

1988-ci il təvəllüdlü Abdulla Gəncəliyev kəsici deşici alətlə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
 

İlkin versiyaya görə, A. Gəncəliyev evdə atası ilə mübahisə edib. Bu zaman onları ayırmağa çalışan 1990-cı il təvəllüdlü Vaqif Gəncəliyev kəsici alətlə qardaşının qol və çiyin nahiyyəsindən xəsarət yetirib.


A. Gəncəliyev dərhal əməliyyata götürülüb. Hazırda onun vəziyyətinin stabil olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO