Bu gün axşam Bakıda konsert var - GİRİŞ PULSUZDUR

Bu gün axşam Bakıda konsert var - GİRİŞ PULSUZDUR

Hazırda oxunan: Bu gün axşam Bakıda konsert var - GİRİŞ PULSUZDUR

253669

Azərbaycanın minifutbol millisinin Bakıda keçirilmiş dünya çempionatının qalibi olması münasibətilə bu gün konsert proqramı təşkil ediləcək.

Bizim.Media xəbər verir ki, “Champions Fest” (Çempionlar şənliyi) adlanan tədbir saat 20:30-da Qoşa Qala qapısı və “Azərbaycan” kinoteatrının yaxınlığında başlayacaq.

Tanınmış müğənnilərin iştirak edəcəyi konsert proqramına giriş pulsuzdur.

Xatırladaq ki, Elşad Quliyevin rəhbərlik etdiyi Azərbaycan millisi minifutbol üzrə dünya çempionatının final matçında Macarıstanı məğlub edib. İyunun 1-də Milli Gimnastika Arenasında gerçəkləşmiş görüş yığmamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO