AQTA-dan Rusiyadan gətirilən sosiskalarla bağlı AÇIQLAMA

AQTA-dan Rusiyadan gətirilən sosiskalarla bağlı AÇIQLAMA

Hazırda oxunan: AQTA-dan Rusiyadan gətirilən sosiskalarla bağlı AÇIQLAMA

253654

Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti tərəfindən bu ölkədə istehsal olunan “Papa mojet” əmtəə nişanlı 23.04.2025-ci il istehsal tarixli sosiska məhsulu partiyasında uyğunsuzluq aşkarlanması ilə bağlı məlumat paylaşılıb.

Bu barədə Bizim.Media-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.

AQTA bildirir ki, məlumatda qeyd olunan məhsul partiyası ölkəmizə idxal olunmayıb və bu əmtəə nişanlı digər məhsul partiyalarının idxalı zamanı aparılan müayinələr nəticəsində hər hansı uyğunsuzluq aşkar edilməyib. Agentlik ölkəmizə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirlərini davam etdirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO