DYP sürücülərə XƏBƏRDARLIQ ETDİ

DYP sürücülərə XƏBƏRDARLIQ ETDİ

Hazırda oxunan: DYP sürücülərə XƏBƏRDARLIQ ETDİ

253554

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi ani yağış zamanı yollarda yaranan təhlükələrlə bağlı sürücülərə xəbərdarlıq edib.

DYP-dən Bizim.Media-ya verilən məlumata görə, son günlər müşahidə olunan ani və intensiv yağışlar zamanı asfalt örtüyündə suyun qısa müddətdə toplanması nəticəsində nəqliyyat vasitələrinin hərəkəti zamanı ciddi təhlükələr yarana bilir.

“Belə hallarda yol səthində yaranan su təbəqələri sürücülər tərəfindən hər zaman vizual olaraq seçilmədiyindən, bu sahələrə daxil olan avtomobillərdə hidroplanlaşdırma (aquaplaning) – yəni təkərlə yol arasındakı təmasın itməsi baş verir.

Qeyd olunan hal sürət yüksək olduqda daha təhlükəlidir. Belə şəraitdə edilən ani tormozlama və ya qəfil sükan manevri avtomobilin idarəetmədən çıxması və qəza ilə nəticələnə biləcək risklərin artmasına səbəb olur", - məlumatda bildirilib.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə hava şəraitini və yol örtüyünü nəzərə alaraq aşağıdakı qaydalara ciddi əməl etməyi tövsiyə edir:

- Yağışlı hava şəraitində hərəkət zamanı sürəti normadan artıq artırmamaq;

- Təkərlərin texniki vəziyyətinə – xüsusilə protektor dərinliyinə daim nəzarət etmək;

- Gölməçəyə daxil olduqda tormozdan istifadə etmədən sükanı sabit saxlamaq;

- Digər nəqliyyat vasitələri ilə ara məsafəsini artırmaq.

"Unutmayın ki, görünməyən su təbəqələri yolda gözlənilməz təhlükələr yaradır. Hər bir sürücü hava və yol şəraitinə uyğun davranmaqla həm özünün, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməlidir", - DYP xəbərdarlıq edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO