Bu il Qurban bayramı ilə əlaqədar Naxçıvan Muxtar Respublikası (MR) da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunub.
Bizim.Media “report.az”a istinadən xəbər verir ki, ölkənin Muğan zonasında yerləşən Cəlilabad və İmişli rayonlarından fərqli olaraq, Biləsuvarda bu tip məntəqələr yaradılmayıb.
Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) açıqladığı ünvanlarda təşkil olunan həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar kəsilib-satılır.
Məsələ ilə bağlı AQTA-dan bildirilib ki, bu iş yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:30 / 07.06.2025
Bu rayonda qurbanlıq heyvanların kəsim məntəqəsi yoxdur...
Hazırda oxunan: Bu rayonda qurbanlıq heyvanların kəsim məntəqəsi yoxdur...
Hazırda oxunan: Bu rayonda qurbanlıq heyvanların kəsim məntəqəsi yoxdur...
253499
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.