Ən güclü və etibarlı 10 avtomobil açıqlandı – FOTO

Ən güclü və etibarlı 10 avtomobil açıqlandı – FOTO

Hazırda oxunan: Ən güclü və etibarlı 10 avtomobil açıqlandı – FOTO

253488

2022-ci il buraxılışlı "Chevrolet Corvette" ən güclü və etibarlı avtomobillər siyahısına başçılıq edir.

Bizim.Media xəbər verir ki, bu barədə "HotCars" portalı məlumat verib.

Məlumata görə, portalın ekspertləri müxtəlif analitik şirkətlərin, o cümlədən "J.D.Power" və "RepairPal"ın məlumatlarından istifadə etməklə, etibarlılıq, texniki xidmət, geri çağırma kampaniyaları və sahiblərin rəyləri ilə bağlı məlumatları təhlil ediblər. "J.D.Power" mütəxəssisləri "Chevrolet Corvette"in etibarlılığını 100 mümkün baldan 93 balla qiymətləndiriblər.

Etibarlılıq reytinqində ikinci yeri 100 baldan 88 bal ilə 2020-ci il buraxılışlı "Chevrolet Camaro" tutub. 2020-ci il modeli olan "Ford Mustang GT" avtomobili etibarlılıq reytinqində 100-dən 87 balla ilk üçlüyü tamamlayıb.

Daha sonra 2014-cü ilin "Hyundai Genesis Coupe", 2010-cu ilin "Mazda MX-5 Miata", 2016-cı ilin "Dodge Challenger", 2020-ci ilin "Subaru WRX", 2007-ci ilin "Porsche 911", 2008-ci ilin "Nissan 350Z" və 2024-cü ilin "Type S Acura" avtomobilləri gəlir. (oxu.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO