İngiltərədə 150 il əvvəl itmiş hesab edilən məşhur rəssam Uilyam Törnerin erkən dövrə aid əsərlərindən biri tapılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Məlumata görə, təmizlik işləri zamanı “Güclənən qasırğa” adlı tablonun üzərində rəssamın imzası aşkarlanıb. Müəyyən edilib ki, bu əsəri Törner cəmi 17 yaşında olarkən ərsəyə gətirib.
Ardınca isə 150 il ərzində tablo itkin hesab olunub.
Auksion evi “Sotheby’s”in nümayəndəsi bildirib ki, tablonun Törnerə məxsus olması ilə bağlı heç bir şübhə yoxdur. Onun sözlərinə görə, əsər Törnerin yaradıcılığını dərindən araşdıran bütün mütəxəssislər tərəfindən incələnib və onlar yekdilliklə müəllifin məhz Uilyam Törner olduğunu təsdiqləyiblər.
“Güclənən qasırğa” yaxın günlərdə “Sotheby’s” auksionunda satışa çıxarılacaq. Əsərin ilkin satış qiymətinin 200–300 min funt sterlinq (təxminən 270–400 min ABŞ dolları) olacağı gözlənilir.
Bizim.Media