Şəkidə arvadını yatan yerdə öldürən şəxs SAXLANILDI

Şəkidə arvadını yatan yerdə öldürən şəxs SAXLANILDI

Hazırda oxunan: Şəkidə arvadını yatan yerdə öldürən şəxs SAXLANILDI

253346

Ötən gün Şəkidə dəhşətli qətl hadisəsi törədən şəxs saxlanılıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs - qadının həyat yoldaşı 1986-cı il təvəllüdlü Həmid Nazim oğlu Əliyev saxlanılıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Şəkidəki dəhşətli qətlin TƏFƏRRÜATLARI - FOTO


Belə ki, cinayətdən sonra o, hadisə yerindən qaçıb. Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində H.Əliyevin yeri müəyyən edilərək saxlanılıb. O, istintaqa təhvil verilib.

Qətlin ailədaxili münaqişə zəminində baş verdiyi bildirilir.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO