Toyda 41 yaşlı kişini döyərək ölümünə səbəb olan gənc SAXLANILDI

Toyda 41 yaşlı kişini döyərək ölümünə səbəb olan gənc SAXLANILDI

Hazırda oxunan: Toyda 41 yaşlı kişini döyərək ölümünə səbəb olan gənc SAXLANILDI

253287

Cəlilabadda həmkəndlisini toyda döyərək ölümünə səbəb olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-nın Cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Cəlilabad rayon sakini Qəmbər Yusubovun aldığı bədən xəsarətlərindən iyunun 5-də xəstəxanada ölməsi ilə bağlı polisə məlumat daxil olub.

İlkin məlumata görə, mayın 28-də Masallı rayonu ərazisində baş verən mübahisə zamanı o, həmkəndlisi – 22 yaşlı Babək Şahmarov tərəfindən döyülərək xəsarət alıb.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə B.Şahmarov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO