Bakıdan Qazaxa ilk dəfə sürətli qatarlarla sərnişin daşımalarına START VERİLİR - QİYMƏTLƏR

Bakıdan Qazaxa ilk dəfə sürətli qatarlarla sərnişin daşımalarına START VERİLİR - QİYMƏTLƏR

Hazırda oxunan: Bakıdan Qazaxa ilk dəfə sürətli qatarlarla sərnişin daşımalarına START VERİLİR - QİYMƏTLƏR

253242

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin məmnuniyyətinin təmin edilməsi məqsədilə iyunun 15-dən Bakı–Ağstafa–Bakı istiqamətində hərəkət edən sürətli qatarların marşrutunu Qazax stansiyasına qədər uzadacaq.

ADY-dən Bizim.Media-ya verilən məlumata görə, bilet satışına 15 iyun tarixindən start veriləcək və Bakı–Qazax–Bakı marşrutu üzrə ilk dəfə “Stadler Rail Group” şirkətinin istehsalı olan birmərtəbəli müasir qatarlar hərəkət edəcək.

Sərnişinlər Bakıdan Qazaxa 2019-cu ilin dekabr ayınadək fəaliyyət göstərən qatarla 8 saat 25 dəqiqəyə çatdırılırdısa, artıq bu məsafə 5 saat 36 dəqiqəyə qət olunacaq.

Hərəkət cədvəlinə gəlincə, sürətli sərnişin qatarları hər gün saat 08:00 və 18:00-da Bakıdan Qazaxa yola düşərək müvafiq olaraq saat 13:36 və 23:36-da mənzil başına çatacaq. Qazax–Bakı istiqaməti üzrə isə qatarlar hər gün saat 08:00 və 16:20-də yola düşərək Bakı Dəmiryol Vağzalına saat 13:29 və 21:49-da çatacaq.
 

Marşrut üzrə dinamik qiymət siyasəti tətbiq olunacaq və Bakıdan Qazaxa kimi bir istiqamətə standart sinif yerlərə minimum gediş haqqı 16.20 AZN təşkil edəcək.


Biletləri dəmiryol kassalarından, “ADY Mobile” tətbiqindən və ya ADY-nin rəsmi saytından (//ticket.ady.az) əldə etmək mümkündür.

ADY Bakı–Qazax–Bakı marşrutu üzrə qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə dəmir yollarının Ağstafa–Qazax sahəsində əsaslı təmir və yenidənqurma işləri həyata keçirib. Belə ki, Bakı–Qazax dəmiryol xəttində enerji, rabitə-işarəvermə sistemlərinin layihələndirilməsi işləri yerinə yetirilib. Həmçinin Qazax stansiyasının binasında təmir işləri aparılıb, gözləmə zalı yenilənib.

Bakı–Qazax–Bakı marşrutunun istismara verilməsi nəticəsində sərnişin daşımalarında nəzərəçarpacaq artım proqnozlaşdırılır.

İlkin qiymətləndirmələrə əsasən, bu marşrut üzrə illik əlavə 10 000-ə yaxın sərnişinin daşınacağı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO