Bu avtomobil yolunda nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək – SƏBƏB

Bu avtomobil yolunda nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək – SƏBƏB

Hazırda oxunan: Bu avtomobil yolunda nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək – SƏBƏB

253162

Böyükşor–Pirşağı yeni avtomobil yolunun 4–12-ci kilometrliyində aparılacaq tikinti işləri ilə bağlı olaraq, hərəkət istiqaməti mərhələli şəkildə müvəqqəti dəyişdiriləcək.

Bizim.Media bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
 

Məlumata görə, müvəqqəti dəyişiklik 6 iyun tarixində saat 09:00-dan başlayaraq tikinti işləri başa çatanadək qüvvədə olacaq.


Tikinti aparılan ərazidə nəqliyyatın hərəkəti əks istiqamət üzrə ikitərəfli təşkil ediləcək.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan ərazidə hərəkət zamanı diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO