Kartınızdakı pullar bu üsulla da oğurlana bilər

Kartınızdakı pullar bu üsulla da oğurlana bilər

Hazırda oxunan: Kartınızdakı pullar bu üsulla da oğurlana bilər

253135

ATM-lərdə yerləşdirilən gizli qurğular – skimmerlər bank kartınızın məlumatlarını oxuya, gizli kamera və ya saxta klaviatura isə PIN kodunuzu ələ keçirə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, bu tip dələduzluğa “ATM skimming” deyilir və nəticədə hesabınızdakı bütün vəsaitlər oğurlana bilər.

Necə tanımaq olar?

1. ATM-dəki kart yuvası və ya klaviatura fərqli görünürsə və ya nasazdırsa;

2. Pul çıxarılan hissənin üzərində əlavə cihaz və ya yapışdırılmış qurğu hiss olunursa;

3. Ətrafda şübhəli şəkildə müşahidə aparan şəxslər varsa;

Necə qorunmaq olar?

1. PİN kodu daxil edərkən əlinizlə klaviaturanı örtün.

2. Kartı daxil etməzdən ATM-ni diqqətlə yoxlayın.

3. Mütəmadi olaraq kart hesablarınızdakı fəaliyyətləri izləyin.

4. Kart hesabınızda şübhəli halları dərhal bankınıza bildirin.

Qeyd olunub ki, kiçik ehtiyat – böyük itkilərin qarşısını ala bilər. Vurğulanıb ki, bank kartları ilə əməliyyat apararkən diqqətli olmaq və təhlükəsizliyi təmin etmək zəruridir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO