ADPU-nun Şəki filialının şöbə müdiri vəfat edib. Onun uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkdiyi və bu səbəbdən dünyasını dəyişdiyi bildirilir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, vəfat edən şəxs Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının İnformasiya-Kommunikasiya Texnologiyaları şöbəsinin müdiri Gülnarə Abdurahmanovadır.
1961-ci ildə Şəkidə dünyaya gələn Gülnarə Abdurahmanova həyatının böyük bir hissəsini təhsilə, elmə və gələcək nəslin formalaşmasına həsr edib. O, 30 ildən artıq müddətdə Pedaqoji Universitetinin Şəki filialında çalışıb, bu ali təhsil ocağının inkişafında və texnoloji imkanlarının genişləndirilməsində müstəsna rol oynayıb.
Allah rəhmət eləsin.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu