Sabirabad rayonunun Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın zamanı ölənlərin şəxsiyyəti məlum olub.
Bizim.Media "report.az"a istinadən xəbər verir ki, bunlar Muğan Gəncəli kənd sakinləri; 1989-cu il təvəllüdlü İmanov Tural Ağasəf oğlu, 2002-ci il təvəllüdlü İmanova Safalı Qorxmaz qızı, 2020-ci il təvəllüdlü İmansoy Osman bəy Tural oğlu və 2024-cü il təvəllüdlü İmansoy Esma Tural qızıdır.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, bu gün gecə saatlarında Sabirabad rayonunun Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın baş verib. Nəticədə bir ailənin 4 üzvü yanaraq həyatını itirib. İlkin ehtimala görə, yanğına elektrik xətlərindəki qısa qapanma səbəb olub.
Bizim.Media