100 min nəfərə 190 manat veriləcək

100 min nəfərə 190 manat veriləcək

Hazırda oxunan: 100 min nəfərə 190 manat veriləcək

2529

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu daha 10 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmənin verilməsi üçün hazırlıq işləri gedir.

Bunu Bizim.Media-ya ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı deyib.

Sərt karantin rejimi ilə əlaqədar olaraq vətəndaşlara 190 AZN-nin verilməsinə hələ başlanılmayıb, çünki:

“Hazırda ödəmənin həyata keçirilməsi üçün hazırlıq işləri gedir. Ödəmə 100 min şəxsə şamil edilib. Yaxın günlərdə vəsaitlərin köçürülməsinə başlanılacaq”.

Xatırladaq ki, həmin qərar sərt karantin rejimi tətbiq edildiyi Lənkəran, Şəki şəhərləri və Cəlilabad, Biləsuvar, Qax, Zaqatala, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarına aiddir.

Qurumun təmsilçisi onu da qeyd etdi ki, gələn ayda ödəmənin olub-olmaması sərtləşdirilmiş karantin rejimi haqda Nazirlər Kabinetinin növbəti qərarından asılı olacaq.

Gülşanə Mustafayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO